Ru
20:45 / 12 İyun 2025

“Bazar günü İrana hücum ediləcək” xəbərinə - SEPAH-ın cavabı

“Bazar günü İrana hücum ediləcək” xəbərinə - SEPAH-ın cavabı
Eye

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Salami bazar günü İrana planlaşdırılan hücumla bağlı xəbərlər fonunda bildirib ki, İran ordusu istənilən ssenariyə, o cümlədən müharibəyə hazırdır.

Bakupost.az xəbər verir ki, bu barədə o, yerli mediaya açıqlamasında bildirib.

“Düşmən bəzən bizi hərbi ssenari ilə hədələyir. Biz həmişə demişik və bu gün də deyirik ki, istənilən ssenariyə hazırıq”, - Salami vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl CBS amerikalı mənbələrə istinadən xəbər vermişdi ki, İsrail İranda hərbi əməliyyat keçirməyə tam hazırdır. Vaşinqton isə İranın qonşu İraqdakı bəzi Amerika obyektlərinə cavab zərbəsi endirəcəyini gözləyir və hazırlıqlar aparır.

Aygün
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar