Ru
13:50 / 16 İyun 2022

Bazarda qiymətlər od tutub yanır - İşbazlar iş başında

2381
“Hazırda ölkədə satılan kənd təsərrüfatı məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Mövsümi meyvələrin qiyməti isə ötən illə müqayisədə ikiqat bahadır. Məhsulun bol olduğu deyilsə də, qiymətlər od tutub yanır”.


Bakupost.az xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev deyib.


Deputat bildirib ki, yerli məhsulların istehsalı, onun artırılması üçün dövlət tərəfindən əhəmiyyətli tədbirlər həyata keçirilirsə, bu məhsulların bahalaşması yolverilməzdir:





“Bəzi insanlar qlobal bahalaşmadan sui- istifadə edib bazarlarda qiymətləri süni şəkildə artırırlar. Bunun qarşısı alınmalıdır. Bildirilir ki, son illər kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Kənd təsərrüfatı məhsullarının artımında irəliləyiş var, belə olan halda qiymətlər aşağı düşməlidir, ancaq əksinədir. Sahibkarlıq azaddır, ancaq bu o demək deyil ki, onlar məhsula istənilən qiyməti qoyub bazara çıxarmalıdırlar. Bu qətiyyən yolverilməzdir. Vətəndaşlar da bazarlardakı qiymətlərdən narazıdırlar. Müəyyən işbazlar bazarları tənzimləyirlər, ona görə də bu qədər qiymət artımı, narazılıqlar yaranır”.


Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Yaqub Ağayev

    Kənarda durub mülahizə vermək çox asandır.Niyə dövlət onu yaşadan əhalinin vəziyyəti ilə maraqlanıb lazımi tədbirlər görmür? Burada ya qiymətlər tənzimlənməli və ya əhalinin ğəlirlərinə lazımi lavələr etməlisir.Bunların hüç biri edilmədikdə daxildə haqlı narazılıq yaranması labüddür.Polis,prokurir,məhkəmə yolu ilə ölkəni idarə etmək demokratiyadan uzaq olmaqla yolvüeilməzdir.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər