Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb. O, 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sözügedən hökm ictimaiyyətdə müzakirələrə səbəb olub. Çünki bəzi hallarda qəsdən adam öldürmə cinayətlərinə görə də buna bənzər və ya daha yüngül cəzalar təyin edilir. Məsələn, tanınmış meyxanaçı Rəşad Dağlı 9 il 6 ay azadlıqdan məhrum edilmişdi. Digər nümunə isə sabiq baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsidir. Həmin qəza nəticəsində iki nəfər həlak olmuş, daha iki nəfər isə ağır xəsarət almışdı. Buna baxmayaraq, o, 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının bir hissəsini çəkdikdən sonra isə vaxtından əvvəl azadlığa buraxılmışdı. Bundan başqa, qətl törətməsələr də, mənimsəmə və ya külli miqdarda borcla bağlı cinayətlərə görə 10, hətta 14 il həbs cəzası alan şəxslər də var.
Bu cəzalar arasındakı fərqin səbəbi nədir? Qanun məsələyə necə yanaşır?
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov bir sıra hallarda cəzalar arasında məntiqi ardıcıllığın olmadığını deyib.
“Məsələn, bəzi hallarda insan ölümünə səbəb olan şəxslərə daha yüngül cəza verilir, maliyyə cinayətləri törədənlərə isə daha ağır cəzalar tətbiq olunur. Sual yaranır: niyə? Amma burada bir məqamı da qeyd etməliyəm. Məsələn, Əli Həsənovun nəvəsi cinayəti qəsdən törətməmişdi, hadisə ehtiyatsızlıqdan baş vermişdi. Yəni bilərəkdən gedib kimisə vurmayıb. Ona görə də belə hallarda eyni xarakterli cinayətlər bir-biri ilə müqayisə olunmalıdır. Vaxtilə başqa bir tiktokerlə bağlı da oxşar hadisə olmuşdu. Həmin işdə də ehtiyatsızlıqdan ölümə səbəb olma faktı vardı və həmin şəxs 5 il azadlıqdan məhrum edilmişdi. Halbuki onun törətdiyi əməl daha az ağır idi. Belə hallarda müqayisə oxşar cinayətlər arasında aparılmalıdır”, - o bildirib.
Hüquqşünasın sözlərinə görə, borc və maliyyə cinayətləri ilə bağlı işlərdə də vahid yanaşma yoxdur:
“Məsələn, elə işlər var ki, şəxsin kiməsə 100 min manat borcu yaranıb, onu qaytara bilməyib və buna görə məsuliyyətə cəlb edilərək bir il azadlıqdan məhrum olunub. Başqa bir şəxsin isə 500 min manat borcu olub, lakin ona şərti cəza verilib. Niyə? Belə suallar çoxdur. Azərbaycanda bu məsələlər üzrə vahid yanaşma formalaşdırılmayıb. Gündəlik eşidirik ki, Ali Məhkəmə müxtəlif qərarlar qəbul edir. Amma gözləyirik ki, bir dəfə bu kateqoriyadan olan işlər üzrə ümumiləşdirilmiş mövqe ortaya qoyulsun. Yəni hansı cinayətə görə hansı həddə cəza tətbiq olunur, oxşar cinayətlər üzrə verilən cəzalar niyə fərqlənir və bu fərqlər hansı meyarlarla əsaslandırılır? Təəssüf ki, bu sahədə vahid yanaşma yoxdur və işlərə çox vaxt subyektiv yanaşılır”.
Hər hansı sahə və təsnifatlı cinayətlərə nisbi də olsa, ciddi təhqiqat-mühakimə qabiliyyətini nümayış etdirən Azərbaycnın Konstitusion hüquqları və məhkəmələrə sanki, digər (daşnaq və s.) millətçi belə cinayətkarlara qarşı təsirsizmiş? Həmin Azərbaycan Qanunu Son SSRİ Qorbaçov qruplaşması tövsiyə edibmiş? Axı, onların da SSRİ və Sosialzmi (onlarla dövləti, iqtisadi və digər alyansları özBaşlarına buraxma Cinayəti artıq 1992ci ildən bu günə qədər *aralıqda* mühakiməsiz saxlanıb?) Səbəbi, daha güclülərin daha böyük-dəyərli paya (ağır silahların RFna daşınması və s.) sahib olmalarıdır. Əsəd kimiləri də özəl varidatlarına görə susublar ki, *Hay Kreml, artıq sahibsiz Hərbi Bazalar necə idarə olunacaq?* sualını, iddiasını qaldırnayıb? Eləcə də, digərləri-Alilədən Kimsə boşana, tərk edə bilər, hə?! Ailə, Cəmiyyət referenduma zidd-cinayətkarca, dəqiq bölgüsüz necə ayrıla bilər?