Ru
11:04 / 13 İyul 2022

Benzin niyə bahalaşdı? - ŞƏRH

Benzin niyə bahalaşdı? - ŞƏRH
Eye

Son zamanlar dünya bazarında yenidən neftin qiymətinin artması və neft məhsullarının bahalaşması müşahidə olunur.

Azərbaycanda Aİ-95 markalı benzinin 1 litri üçün qiymət 2 manat olub. Bundan əvvəl qiymət 1,60 manat idi.


Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Bakupost.az -a açıqlama verib.


O, dünya bazarında neftin qiymətinin artmasına səbəb olan amillərə diqqət çəkib:




“Rusiya-Ukrayna müharibəsi neftin dünya bazarındakı qiymətlərinə təsir göstərməkdədir. İyul ayının əvvəllərində bu qiymətlərdə azalma müşahidə olunsa da, sonradan Rusiya-Qərb münasibətlərinin gərginləşməsi, Rusiyaya qarşı sanksiyaların tətbiqi yeni artımlara səbəb olub. Neftin dünya bazarında qiymətinin artması bütövlükdə ölkələr üçün idxal inflyasiyasının artmasını sürətləndirir. Bu, xüsusən bir sıra ölkələr üçün həm enerji məhsulları, həm də enerjidən istifadə edilməklə istehsal olunan məhsulların xərcinin artmasına, bununla da idxal edilən məhsulların qiymətində artımlara səbəb olur”.


İdxal inflyasiyasının qaçılmaz olduğunu bildirən millət vəkili, benzin qiymətlərinin müəyyənləşməsi prosesi barədə də danışıb:


“Azərbaycan istehlak etdiyi benzin məhsullarının bir qismini idxal edir - Aİ-95 və Aİ-98, bir qismi - Aİ-92 markalı neft isə istehsal olunur, onun qiyməti Tarif Şurası tərəfindən müəyyənləşir. Tarif Şurası yerli istehsal edilən benzinin qiymətinin tənzimlənməsi və bununla bağlı qərarvermədə məsul olan qurumdur. Amma idxal olunan benzinin qiyməti birbaşa dünya bazarındakı qiymətdən asılı olaraq dəyişir. Tarif Şurası idxal olunan benzinin qiymətinə təsir imkanlarına malik deyil. Çünki bu benzin sahibkarlar tərəfindən idxal olunur. Növbəti mərhələdə də idxal olunan benzinin qimətinə dünya bazarındakı neftin qiyməti birbaşa təsir göstərəcək. Bu təsirlər də hiss olunmaqdadır.


Yerli benzinin qiymətinin dəyişməsi ilə bağlı hələ ki rəsmi açıqlama yoxdur. İndiki halda bu benzinin qiymətinin dəyişdirilməsi məqsədəuyğun hesab olunmur. Bununla bağlı müraciətlər olmadığı üçün müzakirələrin getdiyini söyləmək doğru olmaz”.


Fəridə
Baku Post



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar