Bərdədə yanğın hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, yanğın zamanı 3 otaqlı ev içindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Ev sahibi evdə olsada evdən bir əşyada olsun çıxartmaq mümkün olmayıb.
Yanğın hadisəsi rayonun Alaçadarlı kəndində qeydə alınıb. Kənd sakini Muxtarov Elmir Məhər oğluna məxsus 3 otaqlı fərdi yaşayış evində başlayan yanğın qısa müddətdə ətrafı bürüyüb. Hadisə şahidlərinin bildiridiyinə görə yanğına səbəb elektrik naqillərindəki qısa qapanma olub.
Hadisə yerinə dərhal FHN-nin Bərdə rayon yanğından mühavizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülsədə ev tamamilə yanıb. Hadisə nəticəsində ailəyə küllü miqdarda ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.