Ru
12:15 / 17 Yanvar 2023

Beynəlxalq məhkəmə Laçın yolu ilə bağlı hansı qərarı verəcək?

1600
Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 30-da Ermənistanın Azərbaycana qarşı, yanvarın 31-də isə Azərbaycanın Ermənistana qarşı verdiyi "İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğvi Haqqında" Konvensiyanın pozulması ilə əlaqədar müvəqqəti tədbirlərə dair ikinci vəsadətlərinə baxacaq.




Mövzuya münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Bakupost.az -a açıqlamasında deyib ki, Ermənistan məhkəmədən Laçın yolunun "blokadasının" aradan götürləməsinə dair müvəqqəti tədbir görməklə bağlı qərar qəbul etməsini istəyir. ​

Azərbaycan isə Ermənistanın qanunsuz yollarla Azərbaycan ərazilərinə mina basdırmağı dayandırması ilə bağlı qərar qəbul etməyi xahiş edir:

“Ermənistan hesab edir ki, "blokada" irqi ayrı-seçkilik zəmnində edilir. Azərbaycan hesab edir ki, mina xəritələrinin verilməməsi və yeni minaların basdırıması irqi nifrət zəmnində baş verir və məqsəd mülki əhalini məhv etməkdir. Hər kəs bilir ki, hər hansı blokada filan yoxdur. Amma müdafiə xarakteri daşımayan və mülki əhalinin məhvinə yönələn minalama həm də irqçi siyasətin nəticəsidir”.

Hüquqşünas hesab edir ki, Beynəlxalq Ədalət Məhkəməsi hələ hər iki tərəfin şikayətinə mahiyyəti üzrə baxmayıb:


“BƏM qərarı tərəflər üçün hüquqi gücə malik deyil. Hər iki tərəf BƏM-in yeridiksiyasına qoşulmaqla bağlı bəyanat təqdim etməyib və ad-hoc razılaşma yoxdur. Hər iki dövlət BƏM-in statusuna ipso-fakto qoşulub”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər