Ru
09:37 / 06 İyul 2026

Bir vaxtlar Azərbaycanda televiziya ulduzu idi, indi Amerikada yuxa bişirir - VİDEO

Bir vaxtlar Azərbaycanda televiziya ulduzu idi, indi Amerikada yuxa bişirir  - VİDEO
Eye

Hazırda ABŞ-da yaşayan tanınmış azərbaycanlı aparıcı və aktrisa Tunay Əliyeva həftə sonları restoranda yuxa bişirir.

"Bakupost" Bizim.Media-ya istinadla xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib.
“Amerikada 6 ilim tamam oldu. Amma bu 6 ildə səhhətimlə bağlı o qədər əziyyətlər çəkdim ki, nə siz soruşun, nə də mən danışım… O dəhşətli günləri xatırlamaq belə istəmirəm. Buna baxmayaraq, o ağır xəstəliklərlə mübarizə apara-apara işləməli idim. Elə buna görə də bu 6 ildən sonra hələ də maddi baxımdan demək olar ki, eyni nöqtədəyəm.

Amma bu gün sağlamam, güclüyəm, ümidlə doluyam. Və çox xoşbəxtəm.

Həftə sonları restoranda işləyirəm və bu fiziki əmək sanki mənə böyük bir həyat məktəbi keçir.
Mənim üçün azad və müstəqil olmaq heç vaxt məsuliyyətsizlik demək olmayıb. Əksinə, azadlıq öz zəhmətinlə yaşamaq, heç kimə yük olmamaq, alın təri ilə qazandığın çörəyi qazanmaq və həyatının məsuliyyətini öz üzərinə götürməkdir.

Əziz gənclər, unutmayın: heç bir halal əmək insanı kiçiltmir. İnsanı kiçildən zəhmətlə qazanılmış çörək deyil. Utanılacaq şeylər tamam başqadır. Məsələn, mənbəyi məlum olmayan, yüz minlərlə dəyəri olan mülklər və ya avtomobillər…

Bax, əslində onların sahibi olanlar utanmalıdır. Halal zəhməti ilə yaşayan biz yox”, deyə T.Əliyeva bildirib.

Xatırladaq ki, Tunay Əliyeva uzun illər Azərbaycanda müxtəlif televiziya kanallarında çalışıb. Bundan əlavə o, aktyorluq fəaliyyəti ilə də məşğul olub.


Şərhlər
  • zaur əmrah oğlu

    yuxa da bişirsə 3 qatına əmək haqqı alır bizim kimi 12-13 saat işləmir 400 450 manata

  • V. Zahidov

    Azərbaycan - bəzi quldurların günahı üzündən itirilmiş vətən.

  • Dəxi

    Gənc aparıcı, aktrisa və digəri 15-20 min nəfər gənclərimizi süni siyasi-hüquqi təxribatlara günahsız şəhidlər kimi verdikdən sonra TünAylara, Əlievevaları vətənimizdə qayğı ilə ləyaqətli yer-həyat verə bilmiriksə Vətən məfhumu da bayağılaşa bilər. Mügənniyə bir neçə nəfər əl tuta bilər, çörək-lavaş yapan əllərdən neçələri qidalanır? Saf dəyərə layiq yer və qiymət verək!?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar