Ru
14:12 / 09 İyun 2025

Bizi ölümdən qoruyanları hüquq qoruyurmu? - Həkimlərin heç vaxt açıqlanmayan problemləri - VİDEO

Bizi ölümdən qoruyanları hüquq qoruyurmu? - Həkimlərin heç vaxt açıqlanmayan problemləri - VİDEO
Eye

Bakupost TV “Saturasiya” adlanan yeni layihəyə başlayır. Layihənin məqsədi cəmiyyətin sağlamlıq mövzusuna yanaşmasını dəyişmək, səhiyyənin müxtəlif problemlərini gündəmə gətirmək və tanınmış simaların həyat təcrübələri üzərindən maarifləndirmə işi aparmaqdır.

Verilişin aparıcısı isə uzman həkim Turanə Rəsulovadır.

“Saturasiya” verilişinin ilk buraxılışı cəmiyyət üçün son dərəcə həssas və vacib bir mövzuya – həkimlərin hüquqlarna həsr olunub.

Verilişin ilk qonağı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Aysel Əhmədovadır. O, ölkəmizdə tibb işçilərinin hüquqi müdafiə sistemindəki boşluqlardan danışıb, qanunvericilikdə mövcud olan çatışmazlıqları izah edib və bu sahədə beynəlxalq təcrübədən söz açıb.

Müzakirə olunan əsas məsələlər bunlardır:

• Həkimlərin əmək və hüquqi müdafiə hüquqları;
• Tibbi səhvlərə görə məsuliyyətin hüquqi çərçivəsi;
• Həkimlərə qarşı təzyiq və zorakılıq halları zamanı hüquqi mexanizmlər;
• Bu sahədə dünya təcrübəsi və Azərbaycana uyğun modellər.

Aparıcı Turanə Rəsulova bildirib ki, bu verilişin buraxılışlarında təkcə problemin mahiyyətini açmaq yox, həm də onun həlli yollarını göstərməyə çalıçacaq:

“Həkimlər həm öz peşələrinin nüfuzunu qoruyur, həm də hər gün yüzlərlə insanın həyatına toxunurlar. Onların hüquqları qorunmadan cəmiyyətin sağlam gələcəyindən danışmaq çətindir.”

“Saturasiya” verilişinin ilk buraxılışını təqdim edirik:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar