Ru
16:24 / 19 İyun 2025

Bölgədə sülhə ən ciddi əngəl elə Ermənistanın özüdür - ŞƏRH

Bölgədə sülhə ən ciddi əngəl elə Ermənistanın özüdür -  ŞƏRH
Eye

“Bu görüş Qarabağ müharibəsindəki zəfərimizdən sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, diplomatik münasibətlərin tam bərpası və iqtisadi əlaqələrin qurulması yönündə müəyyən addımı ifadə edə bilər. “

Bakupost.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə Ermənistanın baş naziri Nikol Paşinyanla gözlənilən görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, regionda kommunikasiyaların açılması və inteqrasiyanın dərinləşməsi baxımından, həmçinin sərhədlərin tam açılması ehtimalı az olsa da, bu görüş simvolik addımların atılması üçün zəmin yarada bilər:

“Məsələn, konsulluq və nümayəndəliklərin açılması istiqamətində bu görüş böyük önəm daşıyır. Sərhədlərin açılması üçün əsas şərt Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Təbii ki, bu görüş sülh sazişinin imzalanması yönündə diplomatik bir jest sayıla bilər. Ancaq bu da faktdır ki, bölgədə sülh və əməkdaşlıq mühitinin bərqərar edilməsinə ən ciddi əngəl elə Ermənistanın özüdür. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün gərək olan iki legitim şərt-tələbi çoxdan müstəviyə qoyub və bu istiqamətdə güzəştsiz davranacağı şübhəsizdr”.
“Məsələn, konsulluq və nümayəndəliklərin açılması istiqamətində bu görüş böyük önəm daşıyır. Sərhədlərin açılması üçün əsas şərt Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Təbii ki, bu görüş sülh sazişinin imzalanması yönündə diplomatik bir jest sayıla bilər. Ancaq bu da faktdır ki, bölgədə sülh və əməkdaşlıq mühitinin bərqərar edilməsinə ən ciddi əngəl elə Ermənistanın özüdür. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün gərək olan iki legitim şərt-tələbi çoxdan müstəviyə qoyub və bu istiqamətdə güzəştsiz davranacağı şübhəsizdir”.

E.Akimova onu da vurğuladı ki, Türkiyənin Azərbaycanın maraqlarını müdafiə etməsinə birmənalı şəkildə inanmalıyıq.

“Türkiyə bu prosesi yaxından izləyir və Azərbaycanla tam koordinasiyada hərəkət edir. Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşması Azərbaycanla paralel şəkildə aparılacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər yüksək səviyyəli rəsmi şəxslər dəfələrlə bəyan ediblər ki, Ermənistanla münasibətlər Azərbaycan-Ermənistan sülh prosesi ilə əlaqələndirilmiş şəkildə davam edəcək. Zəngəzur dəhlizi və ərazi bütövlüyü məsələlərində Azərbaycanla tam koordinasiya saxlanılır. “Bir millət, iki dövlət” prinsipi bu qərarlara yön verir”,- deyə millət vəkili əlavə etdi.

İltifat, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar