Bolqarıstan Ukraynana “Qvozdika” qaubitsaları göndərib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Atanas Zapryanov açıqlama verib.
Müdafiə nazirinin sözlərinə görə, Ukraynaya tədarük edilən texnikalar Bolqarıstan ordusunun ehtiyacı olmayan silahlar, texnika və sursatlardır.
Bolqarıstan Ukraynaya müxtəlif texnika, silah və sursat daxil olmaqla 8 hərbi yardım paketi təqdim edib. Bütün tədarüklər ciddi şəkildə parlamentin müvafiq qərarlarına uyğun olaraq həyata keçirilib.
A.Zapryanov deyib ki, texnikalara görə ödənilən məbləğ ordunun ehtiyaclarına xərclənəcək.
Vasif
BakuPost