Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:10 / 15 Noyabr 2023

“İgidlərin Sözü”: Qazilər Muğam Mərkəzində qələbəlik yaratdı - FOTOLAR

7357
Noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təşəbbüsü ilə şairə Nigar Həsənzadənin müəllifi olduğu “İgidlərin Sözü” layihəsi çərçivəsində Böyük Qələbənin üçüncü ildönümünə həsr olunmuş “Qayıdışın mübarək” adlı musiqili gecə keçirilib. Gecə iştirakçıları Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bakupost.az xəbər verir ki, gecədə çıxış edən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun baş katibi, Ukrayna Ali Radası sədrinin müşaviri, hüquq elmləri doktoru Hikmət Cavadov qeyd edib ki, üç il bundan əvvəl 44 gün davam edən Vətən Müharibəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın qəhrəman oğullarının yüksək döyüş hazırlığı nəticəsində zəfərlə başa çadıb: “Şəhidlərimiz və qazilərimiz bütün Azərbaycanın, eyni zamanda ölkəmizdən kənarda yaşayan soydaşlarımızın başını uca etdilər. Biz Sizə təşəkkür edirik”.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimizin xalqımızın milli qürurunu, qələbə ruhunu özünə qaytardığını bildirib. Əlavə edib ki, bu kimi tədbirləri təşkil etməkdə məqsəd onların qəhrəmanlıqlarının hər zaman xatırlanması üçündür: “Şəhidlərimiz və qazilərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Sizə minnətdarıq”.

Gecədə sözləri şair Arif Abdullazadəyə, musiqisi isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus “Şəhidlər andı” mahnısı ilk dəfə səslənib.

2022-ci il Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Həzrət Əzizli isə gözəl müsiqi nömrəsi ilə çıxış edib.

“İgidlərin sözü” layhəsinin qəhrəman şairləri - 44 günlük Vətən müharibəsindəki qələbənin memarları, qazilərimiz - Oguz Alparslan, Miri Abdullayev, Vusal Hətəmov, Eyvaz Əyyub, Emin Piri, Tamerlan Əsədov, Elvin İntiqam, Nicat Ağayev, Kərəm Aydın, Həsən Kür, Cavid Qasımov və Səbuhi Qurbanov tamaşaçılar qarşısında öz şeirlərini səsləndiriblər.

Qazi Məbud Əhmədov, Qazi Fərid Atazadə və Qazi İdris Huseynov musiqi nömrələri ilə çıxış ediblər.

Respublikanın Əməkdar artistı Lalə Məmmədova sözləri şairə Nigar Həsənzadəyə (tərcümə: şair Salam Sarvan, aranjiman Mahir Ordubadi) musiqisi isə Xanım İsmayılqızına məxsus “Qayıdışın mübarək” adlı mahnını ifa edib. Qeyd edək ki, bu mahnı ilk dəfə ifa olunub.

Sonda səhnəyə çıxan “Söz” və “İqidlərin sözü” layihələrinin müəllifi, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Mədəniyyət, Təhsil və Humanitar Komitəsinin sədri, şairə Nigar Həsənzadə gecədə iştirak edən hər kəsə, xüsusən də şəhid və qazi analarına təşəkkürünü bildirib.

Xatırladaq ki, musiqli gecədən əvvəl Muğam Mərkəzinin foyesində “Accent Group”un dəstəyi ilə Azərbaycan Dövlət Televiziyasının "Döyüşən rəssamlar" (Rejissor Natiq Muxtarov, rəssamlar Tərlan Eyvazov, İntiqam Ağayev, heykəltaraş-rəssamlar Cavid Rəhmətov, Fərid Məmmədov) layihəsi çərçivəsində Qazi rəssamların əsərləri nümayiş etdirilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar