Ru
11:57 / 04 Aprel 2024

Brüssel görüşü: Azərbaycana qarşı təhdidlər artır? - ŞƏRH

2269
“Görüş əlbəttə, bölgədə yaranmış, formalaşmaqda olan pozitiv əhval-ruhiyyəyə mənfi təsir göstərəcək. Çünki orada Ermənistana təhlükəsizlik vədi verilməli və bununla bağlı müqavilə imzalanmalıdır”.



Bunu Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli aprelin 5-də keçiriləcək Brüssel görüşü haqda danışarkən deyib.

Onun sözlərinə görə, bu görüş sülhyaratma prosesinə mənfi təsir göstərəcək:

“Rusiya Ermənistanı ərköyünləşdirib. Ruslar danışıqlar prosesində diqtəedici mövqedən çıxış edəcəklərini göstərirlər. Üstəlik, Azərbaycanı təhdid edir, hədələyirlər. Bildirirlər ki, bundan sonra Ermənistana qarşı hər hansı hərbi əməliyyat zamanı Avropa Birliyi ölkələrinin bəziləri, o cümlədən ABŞ onun yanında olacaq. Bundan çəkinmirik, amma hər halda görürük ki, bizə qarşı ciddi təhdidlər var. Dünənə qədər sülh müqaviləsindən danışan adamlar indi isti müharibədən danışmağa başlayıblar. Müharibə olarsa, Ermənistanın bu müharibədə qalib gələcəyindən danışırlar. Bu da sözsüz ki, bölgədəki əhval-ruhiyyəyə, xüsusilə sülh prosesinə çox mənfi təsir göstərir”.

Qeyd edək ki, aprelin 5-də ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin və Nikol Paşinyanın iştirakı ilə Brüsseldə üçtərəfli görüş keçiriləcək.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər