Ru
18:10 / 07 Mart 2026

Bu avtomobilləri alan tapılmır – Hamısı salonlarda QALIB

Bu avtomobilləri alan tapılmır – Hamısı salonlarda QALIB
Eye

Avtomobil bazarında durğunluqdur. Söhbət Çindən gətirilən yeni avtomobillərdən gedir.

Məlumdur ki, 1 yanvar 2026-cı il tarixdən elektrik və hibrid avtomobillərinə yenidən ƏDV tətbiq edilməyə başlandı.

Bakupost.az xəbər verir ki, güzəştin ləğv ediləcəyi barədə məlumatın dövriyyəyə buraxılmasından sonra - ötən ilin oktyabr-noyabr aylarında ölkəmizə çox sayda elektrik və hibrid avtomobillər gətirildi.

İşbazlar planlaşdırırdı ki, 2026-cı ilin yanvar-fevral aylarında həmin avtomobilləri bazara çıxardaraq daha çox gəlir əldə edə bilərlər. Hazırda mart ayıdır. Amma 4-5 ay əvvəl gətirilən avtomobillərin çoxu hələ də salonlarda müştəri gözləyir.

Mövzu ilə bağlı Bizim.Media ilə danışan avtosalon sahibi Eldar Yusifov alıcı tapa bilmədiklərini deyib:

“Ötən il gətirdiyimiz avtomobillər əsasən 2024 və 2025-ci il modelləridir. Ötən il həmin avtomobillərə maraq böyük idi. Xüsusilə də BYD modellərinə... Lakin indi həm bu, həm də digər modellərə maraq azalıb.

Ən pisi də odur ki, ötən il gətirilən avtomobillər artıq köhnə maşın hesab edilir. Bu da qiymətə əlavə təsir edir. Marağın az olmasının səbəbi bu avtomobillərə servisin yüksək səviyyədə olmaması və ehtiyat hissələrinin çətin tapılmasıdır.


Digər tərəfdən imkanı olanlar ən son model və ili yeni olan avtomobillər almaq istəyir. Ona görə də ötən ildən gətirilən avtomobillərə maraq demək olar ki, yox dərəcəsindədir. Hətta maya dəyərinə təklif etsək belə baxan yoxdur”.

Şərhlər
  • Əkbər Quliyev

    Salam. Qeyd etdiyiniz avtomobillərin satışında bir çox problemlər var. Mən ehtiyatda olan zabitəm. Hal hazırda taksi fəaliyyətilə məşğul oluram. Taksi şirkətlərində, Nəqliyyat nazirliyində, Daxili işlər nazirliyində şəxsi maddiyat daxil olmaqla ziddiyətli iş metodikasından istifadə olunduğununa görə qeyd edəvəyim problemlər yaranıb. Çin istehsalı avtomobillərin satışında yaranan problemlər aşağıdakılardır. - taksi şirkətləri avtomobillərin maddi qiymətləndirmə cədvəllərini heçə sayaraq 5/1 nisbəti 2/1 nisbətlə dəyərləndirmələri, əlavə olaraq 20-30 faiz tutum məbləği tətbiq etməkləri ilə nəticələnib. - AYNA-nin taksilərə verdiyi buraxılış kartlarının 25000 sayla təyin etməsinə baxmayaraq. Hal hazırda fəaliyyət göstərən fərdi sahibkarlara haqsız və qanun çərçivəsində qeyd olunan sahibkarlara inkişaf məhdudiyyəti qomaqla nəticələnib. - Daxili işlər nazirliyi tərəfindən əhalinin sosial vəziyyətini nəzərə alaraq cərimələrin 5 vəya 8 dəfə çox olması, əlavə olaraq bilərəkdən cərimə pusqularının fəaliyyət göstərməsi ilə nəticələnib. - çin istehsalı olan avtomobillərin ölkəmizdəki texniki təminatının 10-15 faiz səviyyəsində olmağı ilə nəticələnib.        Yuxarıda qeyd etdiklərimi nəzərə aldığımız halda çin istehsalı avtomobillərin ən yaxşı halda satış faizi 10-15 faiz təşkili hər-halda sevindirici olar. Əlaqə nömrəm: 0507320100

  • Ramil Əhmədov

    Bu avtomobillərin əksəriyyəti taksi üçün nəzərdə tutulmuşdu. Yeni taksi buraxılışları verilmədindən artıq alıcıda yoxdur. Heç kim bu maşınlara sərmayə kimi baxmır deyə, şəxsi istifadə üçün alan yoxdur

  • Mahir Hüşənov

    İlkin ödənişsiz olsa yaxşi olardı

  • Hüşənov Mahir

    İlkin ödənişsiz olsa istiyirəm

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar