Ru
19:14 / 03 Fevral 2025

Bu dairədə seçkinin nəticəsi ləğv olundu

Bu dairədə seçkinin nəticəsi ləğv olundu
1503

81 saylı İmişli Seçki Dairəsi üzrə 42, 43, 44, 45 və 46 saylı seçki məntəqələrindəki pozuntularla əlaqədar Bəcirəvan Bələdiyyəsinə keçirilən seçkilər etibarsız hesab edilib.

Bakupost az xəbər verir ki, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Sözügedən məntəqələrdə seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən hallar qeydə alınıb.

Komissiyanın qərarına əsasən 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 30 saylı seçki məntəqəsində də seçicilərin iradəsinin müəyyənləşdirilməsi mümkün olmadığına görə səsvermənin nəticəsi etibarsız hesab edilib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar