“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” və “Qazax-Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14.07.2025-ci il tarixindən etibarən 18.07.2025-ci il tarixində işlər başa çatanadək “Şıxlı” və “Yuxarı Salahlı” ölçü qovşaqlarından, 15.07.2025-ci il tarixindən etibarən 17.07.2025-ci il tarixində işlər başa çatanadək “Ağasıbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.