Ru
13:24 / 27 İyun 2026

Fon der Leyenin Bakıya səfəri Qafqazda nələri dəyişəcək?

Fon der Leyenin Bakıya səfəri Qafqazda nələri dəyişəcək?
Eye

Avropa Komissiyasının sədri Ursula fon der Leyen 1 iyul tarixində Azərbaycanda səfərdə olacaq. Eyni zamanda, AK sədri həmin gün Ermənistana da gedəcək.

Siyasi şərhçi, professor Əlimusa İbrahimov Bakupost.az-a bildirib ki, bu səfər Ursula fon der Leyenin 2022-ci ilin iyulundan bəri Azərbaycana ilk səfəri olacaq.
Ekspert hesab edir ki, Leyenin səfəri Aİ-Azərbaycan münasibətlərini daha yüksək strateji səviyyəyə qaldıracağını hədəflədiyi üçün Avropa siyasi xadimlərinin bu vaxta qədər ölkəmizə etdiyi səfərlərdən əhəmiyyətli dərəcədə fərqlənəcək:

“Çünki Avropa ittifaqı ilə Azərbaycan arasında müzakirə olunacaq məsələlər yetərincədir. Rregionda, həm də dünyada son dövrlər baş verən ciddi hadisələr münasibətlərin axarını daha müsbət istiqamətə döndərməyin vacibliyini diqtə edir”.

Bu səfər həmsöhbətimizin sözlərinə görə, Azərbaycanın kritik enerji və tranzit tərəfdaşı kimi rolunu daha da möhkəmləndirəcək:
“Habelə, yeni Aİ investisiyaları və texniki əməkdaşlıq üçün imkanlar açacaq. Eyni zamanda, Aİ-nin Cənubi Qafqazdakı geosiyasi mövcudluğunu artıracaq. Bununla belə, münasibətlər praqmatik və maraqlara əsaslanan xarakterini qoruyacaq. Aİ enerji təhlükəsizliyi və marşrutların şaxələndirilməsinə üstünlük verməyə davam edəcək. Buna görə də, səfər konkret əməkdaşlıq nəticələri verəcək”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar