Ru
09:48 / 10 May 2022

Bu gün yeni radio fəaliyyətə başladı - REAL FM

804

Bu gündən etibarən REAL FM radiosu əsas yayıma çıxıb.



Bakupost.az xəbər verir ki, bu barədə “Real TV”nin rəhbəri, jurnalist Mirşahin Ağayev məlumat paylaşıb.


REAL FM Bakıda və Abşeron yarımadasında 107 FM, Şuşa və ətraf rayonlarda isə 98.6 FM tezliyində yayımlanır. Yaxın zamanda isə radionun bütün ölkə ərazisində yayımı planlaşdırılır.


Qeyd edək ki, radionun yayımının əsas hissəsini xəbərlər təşkil edir.


Xatırladaq ki, Audiovizual Şuranın ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqəsinin nəticəsinə görə, “Real Təhlil İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real FM) qalib olub.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Güləhməd Rəhimov

    Real-ın birreal verilişi varmı ki,adını REAL qoyur?Məddahləq,yaltaqlıq mücəssəməsi olan teıeviziya və radio necə "REAL" adlana bilər?Yalan ayaq tutar,amma yeriməz!

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər