Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2022-ci ilin 6 ayında da davam edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən
Bakupost.az -a bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin birinci yarımili ərzində həmin sosial təminat növləri üzrə əhaliyə 3 mlrd. 247 mln. manat vəsait ödənilib.
Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 235,3 mln. manat çoxdur.
Şəhid ailələri,müharibə əlilləri və veteranlar öz haqlarını (əslində dəfələrlə az miqdarda!) alıblar.Bunun sosial qayğıya nə dəxli var?