Ru
16:36 / 08 İyun 2024

Bu il vergilərdən büdcəyə nə qədər vəsait daxil olub?

Bu il vergilərdən büdcəyə nə qədər vəsait daxil olub?
Eye

Cari ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 milyard 499 milyon 106,4 min manat vergi daxil olub. Dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard manatdan çox vəsait ödənilib.

Bakupost.az -a Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 5,2 milyard manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 634,7 milyon manat və ya 13,8 faiz çox olub. Ödənilən vergilərin 69,9 faizi qeyri-neft-qaz sektorunun, 30,1 faizi isə neft-qaz sektorunun payına düşüb.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar