Ru
23:16 / 13 Avqust 2024

Bu ölkədə meymunçiçəyinə görə fövqəladə vəziyyət elan edildi

2246
Afrikada meymun çiçəyi epidemiyası (mpox) səbəbindən fövqəladə vəziyyət elan edilib.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, xəstəlik Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılıb.

Bildirilib ki, Konqoda meymun çiçəyi epidemiyası “Clade I” kimi tanınan endemik ştammın yayılması ilə başlayıb. Lakin sonra “Clade Ib” kimi tanınan yeni bir variant ortaya çıxıb və bu xəstəlik, xüsusilə uşaqlar arasında müntəzəm yaxın təmas vasitəsilə daha asan yayılır.

Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (Africa CDC) keçən həftə virusun yayılma sürətinin həyəcan verici olduğu barədə xəbərdarlıq edib.

Qeyd edilib ki, ilin əvvəlindən Afrika qitəsində bu xəstəliyə 15 mindən çox yoluxma və epidemiyadan 461 ölüm halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 160% çoxdur.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar