Ru
11:14 / 04 İyun 2024

Bu ölkədə yeni evlənənlərə tualetə getməyə icazə verilmir - Səbəbini eşidənlər şokda

4504
Dünyanın bir çox ölkəsində maraqlı qadağaların tətbiq olunduğu yerlər var. Bu ölkədə isə yeni evlənənlərin tualetə getməsi qadağan olunub.

Bakupost.az xəbər verir ki, hər kəs üçün mənasız olan bu qadağa yerli əhali üçün çox önəmlidir. Həmin bölgədə yaşayanlar üçün ənənə halını alan qadağanın səbəbi eşidənləri heyrətə gətirir.

Hər mədəniyyətin öz adət-ənənələri olduğu kimi, İndoneziyada tətbiq edilən bu qadağa da yerli xalqın adət və ənənələrinin bir hissəsinə çevrilib.




İlk 3 gün tualetə icazə verilmir...

İndoneziyada kiçik bir qəbilə olan Tidonq, yeni evlənənlərin evdə qalması ənənəsi ilə maraq mövzusuna çevrilib, Tidonqda yeni evlənənlər 3 gün eyni evdə qalırlar, burada tualetə getməyə, duş almağa icazə verilmir.
Bu proses zamanı ailə üzvləri də yeni evlənənlərə nəzarət etmək üçün orada olurlar. Sizə qəribə görünsə də, sözügedən ənənə Tidonq qəbiləsində məhsuldarlığı, xoşbəxtliyi və uzun ömrü simvolizə edən ənənə kimi tətbiq olunur.


Hesab edilir ki, bu ritual pozularsa, o evlilik bədbəxtlik gətirəcək və pislik yeni cütlüyü tapacaq. Ritual uğurla başa çatdıqda, cütlüklər böyük bir bayramla taclanır.




Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər