Ru
12:12 / 30 İyun 2025

Bu, Rusiyadakı azərbaycanlılar üçün həyəcan siqnalıdır - Siyasi şərhçi

Bu, Rusiyadakı azərbaycanlılar üçün həyəcan siqnalıdır -  Siyasi şərhçi
Eye

"Yekaterinburq hadisəsi ilə bağlı Rusiyada yaşayan və ya geri qayıdan soydaşlarımdan iki gün içərisində fərqli fikirlər də eşitdim, şərhlər oxudum. Bu fikirlərin ortaq mahiyyəti budur ki, Rusiyada yaşayan və çalışan azərbaycanlılar yerli qanunları pozmurlarsa, problemlə üzləşmirlər."

Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

"Əlbəttə, azərbaycanlıların tamamının Rusiyada sıxışdırıldığını söyləməkdən uzağam, işində, gücündə olan soydaşlarımız arasında heç zaman polis zorakılığı ilə üzləşməyənlərin varlığını istisna etmirəm. Ancaq Yekaterinburqda baş verən kütləvi polis cinayəti Rusiyada yaşayan azərbaycanlıların tamamı üçün həyəcan siqnalına çevrilməlidir. Rusiyanın böyük şəhərində bir evdə axtarış aparılmayıb, onlarla azərbaycanlının evinə soxulub, döyə-döyə polis məntəqəsinə aparıblar.

Ötən il Rusiya polisi Sankt-Peterburda azərbaycanlıların toy məclisinə hücum edib qonaqları yerə uzandırmışdı. Toya qatılanlar da qanun pozmamışdılar. Rusiyada bu hallar getdikcə kütləvi hal alır. Bu səbəbdən Rusiyada özünü rahat hiss edən azərbaycanlılar düşünməsinlər ki, baş verənlərin onlara aidiyyatı yoxdur.

Rusiyadakı diasporumuz güclü olduğu halda, azərbaycanıların müqavimət gücü artacaq. Bu yolla qanunsuzluqlarla birgə mübarizə aparmaq mümkündür, Bu olmasa, ayrı-ayrılıqda kiçik və ya böyük biznesi olan soydaşlarımızın da qapılarını döyə bilərlər."

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar