Ru
10:11 / 05 Yanvar 2023

Charlie Hebdo Xameneyini ələ saldı - Karikaturalar

10417
Məşhur Charlie Hebdo jurnalı öz xüsusi buraxılışını Əli Xameneyini ələ salan karikaturalara həsr edib.

Bakupost.az xəbər verir ki, dekabrın 8-də jurnal iranlıların azadlıq mübarizəsinə dəstək məqsədilə İranın ali rəhbəri ilə bağlı karikatura müsabiqəsinə başlayıb.

Qeyd edək ki, dərc olunan karikaturalar İran rəhbərliyini qəzəbləndirib. Məhz bu səbəbdən İranın xarici işlər naziri Fransa jurnalını İslam Respublikasının rəhbərini təhqir etdiyinə görə qınayıb və belə bir təhqiramiz addımın cavabsız qalmayacağını vurğulayıb.

Son məlumatlara görə, artıq hadisə ilə bağlı İran XİN Fransa səfirini çağıraraq, etirazını bildirib və nota təqdim edib.



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər