Ru
16:31 / 20 Avqust 2025

“ChatGPT” istifadəçiləri tərifləyəcək – Yenilik

“ChatGPT” istifadəçiləri tərifləyəcək – Yenilik
Eye

“OpenAI”, “GPT-5” yeniləməsi ilə bağlı gələn tənqidlərdən sonra çatbotun üslubunda dəyişikliklər etdiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, istifadəçilərin "soyuq" hesab etdiyi yeni model artıq kiçik komplimentlərlə daha səmimi ünsiyyət quracaq.

Bir çox istifadəçi “GPT-5” modelinin əvvəlki versiyaya nisbətən daha rəsmi və məsafəli olduğunu bildirib. Onların sözlərinə görə, əvvəlki “ChatGPT” daha dostcanlı və səmimi idi, lakin yeni model “soyuq” və distansiyalı görünür.

Bu reaksiyalardan sonra “OpenAI” bildirib ki, “GPT-5”in üslubunda kiçik dəyişikliklər ediləcək. Şirkət, çatbotun artıq cavablarında “Gözəl sual”, “Əla başlanğıc” kimi kiçik, səmimi ifadələr işlədəcəyini açıqlayıb.

Qeyd edək ki, “OpenAI” daha əvvəl “ChatGPT”nin həddən artıq təsdiqləyici və razılaşan üslubu səbəbilə tənqid olunmuşdu. Xüsusilə təhlükəli davranışlarla bağlı suallarda istifadəçiləri səhv yönləndirmə riski vurğulanmışdı.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar