Ru
10:44 / 19 Aprel 2026

Çin maşınlarının liderlik dövrü BİTDİ: Yerini bu ölkənin avtomobilləri tutacaq

Çin maşınlarının liderlik dövrü BİTDİ: Yerini bu ölkənin avtomobilləri tutacaq
Eye

Təkcə Azərbaycanda deyil, dünya üzrə Çin maşınlarına maraq getdikcə azalır. Ucuzluq və lüks görüntü axtarışında olan alıcılar indi daha seçici olublar. Ümumiyyətlə Avropa bazarında Çin markalarının payı 2026-nın əvvəlində azalmağa başlayıb. Çin maşınlarının getdikcə qiymətinin artımı, bundan başqa keyfiyyət və etibarlılıq baxımından sınaqdan çətinliklə çıxması tələbatı aşağı düşürdü. Yerini isə əvvəlki illərdəki kimi “yevropeyka”lar deyil, “yaponka”lar tutacaq.

Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, Ekspertlər Yaponiyanın 3 ən etibarlı markası – Toyota, Mazda, Nissan bazarları ələ aldığını bildirir. İstər 0 kilometrlərə, istərsə də ikinci əl maşınlarına tələbat artıb. Xüsusilə də bu 3 markanın modelləri satışa çıxar-çıxmaz yeni sahibini tapır.

Bəs niyə “yaponka”lar yenidən alıcılara cazib gəlməyə başladı?

Yapon istehsalçıları daxili yanma mühərrikləri və hibrid texnologiyada (məsələn, Toyota-nın hibridləri) çox təcrübəlidir. Bu da yanacaq sərfiyyatı və etibarlılığa təsir edir. Çin maşınlarının bəzi markaları, xüsusilə də BYD, Geely, Chery son illərdə çox marağa səbəb olsa da, bəzi modellərdə keyfiyyətinin sabit olmaması, hətta zavodlarının müəyyən dövr modelləri geri çağırması alıcıda tərəddüd yaratdı. Ona görə də bir çox sürücü özünü sübut etmiş markalara, əsasən də yapon keyfiyyətinə geri dönməyə üstünlük verdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar