Ru
11:44 / 17 Oktyabr 2023

Çıxışlarımıza lağ edənlərə salamlarımı çatdırıram - Deputat

Çıxışlarımıza lağ edənlərə salamlarımı çatdırıram - Deputat
Eye

Məlumdur ki, cənab Prezident İlham Əliyev Xankəndi, Xocalı və digər ərazilərdə şanlı bayrağımızı ucaltdı. Bu çox önəmli bir hadisə idi. Hər kəsi səmimi qəlbdən təbrik edirəm.


Bakupost.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev deyib.

O qeyd edib ki, 20 il öncə cənab Prezident İlham Əliyev Azərbaycan prezidenti seçilərkən verdiyi sözü tutdu.

“Cənab İlham Əliyev ata vəsiyyətini həyata keçirən lider kimi xalqımızın tarixinə düşdü. Biz buna heç vaxt tərəddüd etmirdik. Sosial şəbəkələrdə çıxışlarımızda da qeyd edirdik ki, Xankəndi və Xocalıya geri dönəcəyik. Bəziləri bu sözlərə görə bizim çıxışlarımıza lağ edirdilər. İndi o insanlara salamlarımı çatdırıram. Biz bir anlıq belə liderimizə tərəddüd etmirdik”, - deyə deputat bildirib.

O qeyd edib ki, Xankəndidə şanlı bayrağın qaldırılması iki mühüm hadisə ili üst-üstə düşdü.

“Birincisi ulu öndərin anadan olmasının 100 illiyi ilə bağlıdır. İkincisi isə Qarabağda süni Qarabağ bölgəsi yaradaraq Xankəndinin adının süni şəkildə dəyişdirilməsi ilə bağlıdır. Cənab Prezident bu qara qüvvələrə öz yerini göstərdi. Xankəndinin millət vəkili olaraq çox qürur duyuram", - deyə deputat əlavə edib.

Şərhlər
  • B.Qarabağlı

    Təbiətən, 1987ci ildən öz Ana Vətənində *Miatsum!* soyqırım terroru və millətçi-daşnaq ER hərbi əsarəti altında rəzil qalmış hər bir Azərbaycan Vətəndaşı bu azadlıq gününü əzab verici itgilər xatirələri-göz yaşları ilə gözləyib və sevinclə qarşıladı! Yaşasın, var olsun 33 illik işğalçı düşməninə də xeyirxah-Sülh arzulayan Azərbaycan! Qarabağsız da Azərbaycanda azı yüz min erməni yaşayır və ümidvaram ki, Ermənistan və digər ölkələrdə milyonlarla şüurlu-ədlətli ermənilər var ki, onlar BMT TŞnın qərarlarında göstərildiyi kimi bu süni siyasi-hərbi münaqişədə erməni tərəfinin qəsbkar Cinayətkar, Azərbaycanın isə hələ illərlə də zərər çəkən tərəf olacağı ədalət haqqını düşünərək Azərbaycan ərazisini hamılıqla tərk ediblər. Qalır onları keçən tarixi cinayətlərə təhrik edib, maliyyələşdirmiş dünyəvi QAZANC gözləyən erməni millətçilərini (lobbi-mafiozları) lənətləməsi, ifşa etməsi?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar