"Qarabağ" "Kopenhagen"i 2-0 məğlub etdi. Bununla təmsilçimiz xallarının sayını 6-ya çatdırdı.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilən “Qarabağ” - “Kopenhagen” oyununda ikinci qolu vurub.
Bakupost.az xəbər verir ki, qolun müəllifi Olavio vurub.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilən “Qarabağ” - “Kopenhagen” oyununda ikinci hissə başladı.
Bakupost.az xəbər verir ki, Ağdam təmsilçisi Abdullah Zubirin qolu sayəsində hesabda öndədir.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilən “Qarabağ” - “Kopenhagen” oyununda birinci hissə başa çatıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın 28-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Abdullah Zubir fərqlənib.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilən “Qarabağ” - “Kopenhagen” oyununda hesab açılıb.
Bakupost.az xəbər verir ki, qolu 28-ci dəqiqədə Abdullah Zubir vurub.
***
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.
Bakupost.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:45-də start götürüb.
Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.
***
20:08
"Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyuna çıxacaq.