Ru
16:40 / 14 İyun 2022

Daha 1668 nəfər vaksinasiya olunub

582
Azərbaycanda son sutkada 1668 nəfər vaksinasiya olunub.

Bakupost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 273, ikinci doza vaksinlərin sayı 197 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1076-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 122 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 746 614, birinci doza peyvəndlərin ümumi sayı 5 351 241, ikinci doza vaksinlərin sayı 4 851 252 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 296 504, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 247 617 olub.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər