Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində Bakıda daha 200 şəxsə aktivlər təqdim edilib.
ƏƏSMN-dan
Bakupost.az -a verilən məlumata görə, verilmiş avadanlıqlar hesabına onlar üçün istehsal-xidmət sahəsi üzrə kiçik bizneslər yaradılıb.
Aktivlərlə təmin olunan şəxslərin mühüm hissəsini şəhid ailəsi üzvləri, müharibə iştirakçıları təşkil edir.
Paytaxtla yanaşı, bölgələrdə də özünüməşğulluq proqramı əsasında aktivlərlə təminat prosesi davam edir.
Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.
Ümumilikdə bu il üzrə 16 min şəxsin proqrama cəlb olunması nəzərdə tutulub.
Cənablar əgər istəyirsiniz ölkədəistehsal -biznes inkişaf etsin hüquq mühafizə orqanlarını həmin obyektlərə hərhansı formada daxil olmasına qadağa qoyulsun