Ru
12:37 / 26 May 2022

Daha 4 karateçimiz mübarizəyə başlayır

Daha 4 karateçimiz mübarizəyə başlayır
Eye

Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə Avropa çempionatı davam edir.



Bakupost.az xəbər verir ki, Azərbaycanın daha 4 karateçisi bu gün fərdi yarışlarda mübarizəyə start verəcək. Əminağa Quliyev (60 kq) 1/16 final mərhələsində polşalı Bartoş Voyçexovski ilə, Tural Ağalarzadə (67 kq) 1/32 finalda sloveniyalı Jaka Talerlə görüşəcək.


Qadınların yarışında İnci Əzizova (50 kq) 1/16 finalda latviyalı Aleksandra Mihailova ilə, Mədinə Sadiqova (55 kq) isə eyni raundda slovakiyalı Hana Kuklova ilə qarşılaşacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar