Ru
16:27 / 06 Sentyabr 2022

Daha bir general vəzifəsindən azad olundu - Cinayət işi başlandı

7870
Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi bu qurumla bağlı açılan cinayət işinə cəlb olunub.


Bakupost.az “Qafqazinfo”ya istinadən bildirir ki, Komitənin Gömrük Nəzarətinin Təşkili Və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Rəisi, general-mayor Kənan Məmmədov bu səbəbdən tutduğu vəzifədən azad olunub. Hazırda gömrük generalı hüquq-mühafizə orqanları tərəfindən dindirilir.

Qeyd edək ki, K. Məmmədov daha əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi olub. 2019-cu ildə general-mayor rütbəsi ilə təltif edilib.

Xatırladaq ki, son dövlər DTX tərəfindən Gömrük Komitəsində silsilə əməliyyatlar keçirilib. Aralarında generallar da olmaqla bir sıra yüksək vəzifəli şəxslər rüşvət və mənimsəmə ittihamı ilə həbs edilib. DGK sədri Səfər Mehdiyev isə iyulda vəzifəsindən azad olunub.

Daha bir general vəzifəsindən azad olundu - Cinayət işi başlandı
Şərhlər
  • t.ədalət

    İndi Azərbaycanda sıravi əsgər olmaq daha şərəflidir.Çünki general rütbəsi heç də səriştə və biliyə görə verilmir.Kürdlər istədikləri vaxt general rütbəsi ala bilirlər.

  • Camaat

    Bu danabaş kəndinin danabaşları hamısı general imiş.Özüdə əldəqayırma.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər