Ru
20:02 / 03 İyun 2025

Dəhşətli rüsvayçılıq: 3 test sualı səhv çıxdı, DİM “əsas” axtardı – Video

Dəhşətli rüsvayçılıq: 3 test sualı səhv çıxdı, DİM “əsas” axtardı – Video
Eye

Dövlət İmtahan Mərkəzinin ekspert hesab etdiyi şəxs efirə çıxıb Kembric kitabından mənbə göstərməyə çalışıb ki, bəs sual elmi baxımdan düzdür.

Bakupost.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

“Bunlar utanmaq hissini itiriblər. Gətirdikləri mənbə belə onların testinin səhv olduğunu təsdiq edir. Tarix fənnindən 3 test tapşırığı elmi cəhətdən də, dərsliklərə görə də, stantartlara görə də səhvdir. Vicdanınız olsun”, - ekspert qeyd edib.

Jurnalist Taleh Şahsuvarlı isə detallara işıq tutub. O bildirib ki, sözügedən mənbə axtarışı təqdim edilən videonun 23-cü dəqiqəsinə təsadüf edir:

“Suallardan biri haqda Kamran Əsədovun təqdimatını oxuyanda əvvəlcə inanmadım. Amma sən demə, vəziyyət gerçəkdən acınacaqlı imiş. Dünən İTV-nin "Sabaha saxlamayaq" verilişində Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları ilə bağlı sualları müzakirə edilib. Müzakirələrdə DİM-in department müdiri Natiq Əliyev, tarix müəllimi Sərvər Rüstəmov, 102 saylı məktəbin tarix müəllimi Ruslan Rzayev, Atatürk Liseyinin tarix müəllimi Tural Əhmədov iştirak edib. Ruslan Rzayev, məndə olan məlumata görə, "bunker müəllimi"dir və son qəbul imtahanlarında tarix fənninin suallarının hazırlanmasında iştirak edib. Məleykə Abbaszadənin testoloqu Məhəmməd Tahir Vəhid Qəzvininin II Şah Abbasın vəziri olması barədə ölkə dərsliklərində, birbaşa Qəzvinini araşdırmış tarixçi alimlərin (Zabil Bayramlının, Solmaz Əzimovanın) əsərində heç bir fakt tapa bilməyib, Kembric ensiklopediyalarında "əsas" axtarır. Məlum olur ki, Kembricdə də elə fakt yoxdur. Amma fərz edək ki, var. Əsas sual budur ki, DİM nə zamandan orta məktəb dərsliklərinə yox, Kembric bilgilərinə istinad edir?

Deyəndə ki, DİM rəhbərliyini hüquq-mühafizə orqanları sorğulamalıdır, bəziləri sözümüzü qəribçiyə salır”.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar