Ru
11:25 / 18 İyul 2024

Demensiya 45 yaşından başlaya bilər – Bu sözlərə diqqət!

Demensiya 45 yaşından başlaya bilər – Bu sözlərə diqqət!
Eye

Demensiya - əqli gerilik və yaddaş pozğunluğunun 45 yaşdan sonra yaranma riski ilbəil artır.

Bakupost.az xəbər verir ki, demensiyanın başladığını danışıqda, sözlərdə dəyişikliklərdən sezmək olar.

Psixoloq, beyin üzrə mütəxəssis Henk Svanepul demensiyanın alın-gichah növünün əlamətini açıqlayıb.

“Məhz bu forma demensiya 45-55 yaşda başlaya bilər. Pasiyentlər ilkin mərhələdə yersiz zarafatlaşır, gülməli sözlər demək istəyir, amma gülmək lazım olanda özü gülmür, başqalarının sözləri, hisslərinə qarşı hissiyatsız olur. Xüsusən ağlamaq hissi itir.

Getdikcə onlar özlərinə qapılır, çox adam arasında özlərini narahat hiss edir.

Demensiyada sosial münasibətdə hissləri və emosiyaları tanımaq və onlara adekvat reaksiya vermək qabiliyyəti itir.
Fiziki baxımdan xəstənin hərəkətləri ləngiyir, asta gəzir, sidik saxlama pozulur, udmada çətinlik olur.

Tədricən fiziki və əqli simptomlar artır və pasiyent evə qapanır, özünə qulluq edə bilmir”.

Aygün Musayeva
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar