Ru
23:42 / 25 Oktyabr 2024

DİN-dən bank kartları ilə bağlı XƏBƏRDARLIQ

DİN-dən bank kartları ilə bağlı XƏBƏRDARLIQ
Eye

Başqasına məxsus bank kartından pul çıxarıb “bilmədim” deyənlər bilməlidir: İtirilmiş, hardasa unudulan başqa şəxslərə məxsus bank kartlarından istifadə etməklə ödəniş və digər əməliyyatların aparılması qadağandır.

Bakupost.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

“Başqasına məxsus kart hesabında olan vəsaitin hansısa formada sahibindən icazəsiz, gizli ələ keçirilməsi müvafiq məsuliyyət yaradır. Vətəndaşın tapdığı bank kartı ilə bağlı 102 Zəng Mərkəzinə, yaxud aidiyyəti üzrə məlumat verməsi onu məsuliyyətdən azad edir”, - E.Hacıyev əlavə edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar