Ru
10:54 / 05 Avqust 2022

Azərbaycanlı səfir Londondakı son durumu açıqladı

Azərbaycanlı səfir Londondakı son durumu açıqladı
Eye

“Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcadır”.


Bakupost.az xəbər verir ki, bu sözləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb.


“Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, təhlükəsiz olduqlarını görməkdən məmnunam”, - deyə o əlavə edib.


O qeyd edib ki, səfirlik əməkdaşları təhdidə rəğmən fəaliyyətlərini davam etdirirlər: “Səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında belə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər”.

Şərhlər
  • t.ədalət

    Elin Süleymanovun səfir olmaq müddəti hələ bitməyib?Belə adamların vətən üçün,görəsən,hansısa xidmətləri var,yoxsa YAP-çıdır?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar