Ru
17:57 / 14 İyun 2022

Donetskdə doğum evi artilleriya atəşinə tutuldu - “Bu, superterrordur”

Donetskdə doğum evi artilleriya atəşinə tutuldu - “Bu, superterrordur”
Eye

Doneskdə yerləşən doğum evi dünən hücuma məruz qalıb.


Bakupost.az xəbər verir ki, şəhər meri Aleksey Kulemzin bu hücumu Ukrayna tərəfdən hiperterrorizm adlandırıb.


Ukrayna hərbi qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldığı deyilən doğum evində hamilələr, analar və uşaqlar olub.


Mer bildirib ki, hərbçilər hədəfi çox dəqiq bilirdilər, bu təsadüf deyildi.


“Ana və uşaqların müdafiəsi üzrə mərkəzin atəşə tutulmasına heç bir şərh verə bilmirəm, bu super hiperterrorizmdir”, - deyə o, bildirib.


Qeyd edək ki, ötən sutkada şəhər güclü artilleriya hücumuna məruz qalıb, 5 sakin ölüb. Zərbələrdən biri doğum evinə düşüb. Binaya ciddi zərər dəyib. Doğum evində olan pasiyentlər yaxınlıqdakı digər tibbi mərkəzlərə köçürülüb.



Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar