Ru
10:45 / 10 İyun 2024

"Dövlət vəsaiti ilə istiqraz alınması məntiqə ziddir” - Ekspert

1322
“Məlum olduğu kimi, Azərbaycanda büdcə vəsaitinin dövlət qiymətli kağızlarına yönəldilməsinin qarşısının alınması ilə bağlı müvafiq iş aparılır. Maliyyə Nazirliyindən bildirilib ki, bununla bağlı təkliflər hazırlanır. Əslində büdcədə qalan pul ilin sonunda büdcəyə qaytarılmalıdır. Qanunvericiliyə əsasən, bu, belədir. Bəzən müvafiq qurumlar vəsaiti büdcəyə geri qaytarmasınlar deyə müxtəlif yollardan istifadə edirlər. Məsələn, vəsaitin büdcədən istifadəyə yönəldiyini göstərmək üçün bəzi hallarda həmin vəsaitləri dövlət istiqrazlarında yerləşdirirlər. Bu kimi yanaşmalar, təbii ki, doğru deyil”.



Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib.

Onun dediyinə görə, bu, vəsaitlərin düzgün idarə edilməsi prosesinin pozulmasına gətirib çıxarır:

“Bazarda dövlət istiqrazlarından süni tələb formalaşdırır ki, bu da bəzi hallarda dövlət istiqrazlarına əlçatanlığı məhdudlaşdırır. Dövlət vəsaiti ilə dövlət istiqrazının alınmasının ciddi bir açıqlaması yoxdur və bu, məntiqə ziddir. Çünki dövlət həmin istiqrazları ona görə bazarda yerləşdirir ki, büdcə kəsirini bağlamaq məqsədi ilə vəsait cəlb etsin”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər