Ru
15:15 / 29 Aprel 2024

DSX əməkdaşı Qazaxda minaya düşdü - Vəziyyəti ağırdır - Yenilənib

DSX əməkdaşı Qazaxda minaya düşdü - Vəziyyəti ağırdır -  Yenilənib
Eye

Bu gün Qazax rayonu ərazisində mina partlayışı baş verib.

Bu barədə Bakupost.az -a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.

Xəsarət alan şəxsin durumu stabildir.

Qeyd edək ki, mina partlayışı nəticəsində xəsarət alan şəxsin Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı olduğu bildirilir.


***
15:15

Qazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə Bakupost.az -a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib: "Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar