Ru
11:00 / 11 Aprel 2026

Zubir “Qarabağ”dan gedir

Zubir “Qarabağ”dan gedir
Eye

"Qarabağ”ın futbolçusu Abdullah Zubir yayda klubu tərk edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə "L Equipe” nəşri məlumat yayıb.

Bildirilib ki, fransalı vinger Qətərin "Al Şahaniya” klubuna keçəcək.

Zubirin "Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər olsa da, qarşı tərəf transfer məbləği ödəyərək onu heyətinə qatacaq.

Qeyd edək ki, Zubir 2018-ci ildən "Qarabağ”da çıxış edir. O, Ağdam klubunun heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar