Ru
10:36 / 11 Aprel 2026

Naxçıvanın bəzi yerlərində işıq olmayacaq

Naxçıvanın bəzi yerlərində işıq olmayacaq
Eye

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Bakupost.az xəbər verir ki, bu gecə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinə verilən sifariş əsasında 110/10 kV-luq "Koroğlu" yarımstansiyası təmirə çıxarılacaq. Bununla əlaqədar olaraq, həmin yarımstansiyadan qidalanan ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Nəticədə şəhərin Bahadur Abbasov, İdris Məmmədov, Sabir, Yunis Məmmədov, Qoçüstü, Çənlibel və Yeni Naxçıvan yaşayış massivlərində, eləcə də şəhərin 6, 9, 10 və 11-ci məhəllələrində saat 02:00-dan 05:00-dək elektrik enerjisinin verilməsində fasilə yaranacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar