Kuçak-Aparan magistral yolunda polis avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb.
Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qəza səhər saat 7:50 radələrində baş verib: “Honda” avtobusu və “Nissan” toqquşub. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Medianın və sosial media istifadəçilərinin məlumatına görə, polis avtobusu Baş nazir Nikol Paşinyanın və bölgələrdə seçkiqabağı görüşlər keçirən “Mülkü Müqavilə” Partiyasının nümayəndələrinin kortejini müşayiət edirmiş.