Ru
20:11 / 21 İyun 2025

DTX-nın saxladığı Qaxın sabiq icra başçısı ilə bağlı - Qərar

DTX-nın saxladığı Qaxın sabiq icra başçısı ilə bağlı - Qərar
Eye

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbirin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

Bakupost.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb.

Musa Şəkiliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar