Ru
08:59 / 07 Aprel 2023

Dünyanın ən bahalı 10 avtomobili - İnanılmaz qiymətlər

Dünyanın ən bahalı 10 avtomobili - İnanılmaz qiymətlər
Eye

Marka dəyəri baxımından dünyanın ən bahalı avtomobil şirkətləri müəyyən edilib.


Bakupost.az xəbər verir ki, bu haqda brendlərin qiymətləndirilməsi üzrə aparıcı şirkət olan “Brand Finance” hesabat dərc edib.

Siyahıya marka dəyərini 44 faiz artıraraq 66,2 milyard dollar çatdıran Tesla başçılıq edir.

Bununla da, Tesla ilk dəfə olaraq dünyanın ən qiymətli avtomobil markası olub. Ötən ilin lideri olan Toyota-nı və Mercedes-Benz-i geridə qoyub.

Siyahının ikinci pilləsində Mercedes-Benz qərarlaşıb. Toyota isə geriləyərək birinci yerdən üçüncü yerə düşüb.

“Brand Financ” hesabatına görə, dünyanın ən qiymətli 10 avtomobil markası aşağıdakılardır:

1. Tesla - 66,2 milyard dollar
2. Mercedes-Benz - 58,8 milyard dollar
3. Toyota - 52,5 milyard dollar
4. BMW - 40,4 milyard dollar
5. Porsche - 36,8 milyard dollar
6. Volkswagen - 34 milyard dollar
7. Honda - 24,2 milyard dollar
8. Ford - 22,3 milyard dollar
9. Hyundai - 15,9 milyard dollar
10. Audi - 13,9 milyard dollar

Qeyd edək ki, şirkət hər il ən yaxşı 5 min brendi sınaqdan keçirir. Eyn zamanda, bütün sənaye və ölkələr üzrə brendləri sıralayan 100-dən çox hesabat dərc edir.

Aynur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar