Ru
17:38 / 05 Yanvar 2023

Dünyanın ən bahalı futbolçusu o oldu

Dünyanın ən bahalı futbolçusu o oldu
Eye

“CIES Football Observatory” futbolçuların transfer dəyərinin reytinqini açıqlayıb.

Bakupost.az xəbər verir ki, tədqiqat qrupu dünyanın 75 liqasından 30 mindən çox oyunçunun təxmini transfer dəyərini dərc edib.

“Borussiya Dortmund” klubunun yarımmüdafiəçisi Cud Bellinqem 208 milyon avro ilə ən bahalı futbolçu olub. “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden 200,5 milyon avro ilə reytinqdə ikinci pillədə qərarlaşıb.

İlk beşlikdə PSJ-nin hücumçusu Kilian Mbappe (191,7 milyon avro), “Real Madrid”dən Vinisius Junior (190,5 milyon) və Erlinq Holand (“Mançester Siti”, 174,9 milyon) yer alıblar.

Lionel Messi və Kriştiano Ronaldo reytinqdə ilk yüzlüyə belə daxil edilməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar