Ru
12:36 / 19 Aprel 2024

Dünyanın ən böyük seçkisi - FOTOLAR

1295
Hindistanda yüz milyonlarla seçici ölkədə yeni hökuməti müəyyən etmək üçün sandıq başına gedib.

Bakupost.az xəbər verir ki, baş nazir Narendra Modinin Hindu millətçi hökuməti üçüncü müddətə seçiləcəyinə əmin olduğunu söyləyib.

CNN-in məlumatına görə, ölkədə təxminən 969 milyon seçici səsvermə hüququna malikdir. Bu rəqəm ABŞ, Avropa İttifaqı və Rusiyanın ümumi əhalisindən daha çox sayı ilə diqqət çəkir.

Cümə günü başlayan səsvermə prosesin ilk addımıdır. Dünyanın ən çox əhalisi olan ölkəsində növbəti 6 həftə ərzində səsvermə 7 mərhələdə aparılacaq.

Worldometers-in paylaşdığı məlumatlara görə, Hindistanın əhalisi 1,439 milyarddır. Çin 1,425 milyardla ikinci yerdədir.

Aprelin 19-da başlayan seçkilər iyunun 1-də başa çatacaq. Səslər iyunun 4-də hesablanacaq. Nəticələr parlamentin aşağı palatası olan Xalq Assambleyasının (Lok Sabha) üzvlərini müəyyənləşdirəcək.

Əyalətlər daxilində qurulan 187 min səsvermə mərkəzinin qarşısında növbələr yaranıb. Səsvermə yerli vaxtla saat 07:00-da başlayacaq və 18:00-da başa çatacaq.




Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər