Ru
09:23 / 02 May 2024

İsrail Qəzza zolağına hücumu etdi - 7 fələstinli öldü

1025
İsrailin hava hücumu nəticəsində daha 7 fələstinli həyatını itirib.

Bakupost.az xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları və qırğınları davam edir.

Hücumlarla bağlı təfərrüatlar bölgədən gəlməkdə davam edir.
İsrail Muğrakə bölgəsinə və Nusayrat Qaçqınlar Düşərgəsinin şimalındakı Zəhra şəhərinə hava hücumu həyata keçirib.

Qəzzadakı səhiyyə mənbələrindən alınan məlumata görə, hücumdan sonra 7 nəfərin cəsədi Nusayrat Qaçqınlar Düşərgəsindəki əl-Avde xəstəxanasına gətirilib.

Muğrakə bölgəsi və Zəhra şəhərinə edilən hücumda yaralanan 5 fələstinli xəstəxanaya aparılıb.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 685-i uşaq, 9 min 670-i qadın olmaqla 34 min 568 fələstinli həlak olub, 77 min 765 nəfər isə yaralanıb.


Elnur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər