Ru
12:02 / 02 May 2024

Kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO

1013
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edilib.

Bakupost.az DİN-ə istinadən xəbər verir ki, Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib. Nəticədə Pirallahı qəsəbəsi ərazisində kəsici-deşici alətlərin satışının təşkil edildiyi balıqçı mağazası müəyyən edilib. Obyektdən xəsarət yetirmək təyinatına malik ümumilikdə 129 ədəd bıçaq və 14 ədəd balta aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub. Mağazanın sahibi T. Əsgərzadə barəsində araşdırmalar davam etdirilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər