Ru
15:46 / 25 Oktyabr 2022

Dünyanın ən çirkli adamı 94 yaşında öldü - FOTO

Dünyanın ən çirkli adamı 94 yaşında öldü -  FOTO
Eye

İranda xəsətələnməkdən qorxduğu üçün 50 ildən çoxdur yuyunmayan Amou Hacı (Qoca əmi) adlı şəxs 94 yaşında vəfat edib.


Bakupost.az İranın rəsmi agentliyi İRNA-a istinadla xəbər verir ki, Fars əyalətinin Farsbənd rayonunun Decgah kəndində “Hacı dayı” ləqəbli qoca xəstələnmək qorxusundan 50 ildən artıqdır ki çimmirmiş.


Bir neçə il əvvəl kəndin gəncləri qocanı hamama aparmaq istəsələr də, buna nail ola bilməyiblər. Deyilənə görə, qoca başqa vaxt yuyulmaq üçün yaxınlıqdakı dərəyə aparıldığını anlayanda maşından düşüb qaçıb.


Xəstələnməkdən qorxduğu üçün çimməkdən qaçan qocanı illər sonra kənd sakinləri ilk dəfə çimizdiriblər. Lakin bir neçə ay sonra 94 yaşlı kişi xəstələnərək dünyasını dəyişib.


Kənd camaatının tikdiyi qapısı olmayan talvarda qalan qocan zibillikdən yığdığı yeməklə dolansa da, illərdir heç bir xəstəlikdən əziyyət çəkmədiyi iddia edilib.



Günel
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar