Ru
22:04 / 17 Sentyabr 2022

Dünyanın ən çox maaş alan futbolçusu - FOTO

5109
PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappe dünyanın ən çox qazanan futbolçusu seçilib.



23 yaşlı fransalı Paris klubu ilə bağladığı yeni müqavilə sayəsində reytinq cədvəlində birinci yerə çıxıb. Bu mövsüm komanda ilə razılaşmaya əsasən, o, 105 milyon dollar alacaq. Daha 20 milyonu isə forvarda sponsorluq müqavilələri gətirəcək.



İkinci yerdə 113 milyonla “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo qərarlaşıb. 37 yaşlı hücumçu “qırmızı şeytanlar”la müqavilədən 53 milyon, sponsorluq müqavilələrindən isə 60 milyon alacaq.



Dünyanın ən çox maaş alan oyunçular üçlüyünü digər PSJ futbolçusu, argentinalı Lionel Messi qapadıb. O, 110 milyon (62+48) qazanacaq.
Dünyanın ən çox maaş alan futbolçusu - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər