Ru
23:55 / 06 Aprel 2024

Dünyanın ən yaşlı adamı danışdı: Uzun ömrün sirri nədir?

7176
Venesuelalı Xuan Vinsente Moranın 114 yaşında vəfat etməsindən sonra dünyanın ən yaşlı insanı hesab edilən 111 yaşlı Con Tinnisvud uzun ömrün sirri ilə bağlı diqqətçəkən açıqlama verib.

Bakupost.az xəbər verir ki, Con Tinnisvud uzun ömürlülüyü heç bir həyat tərzi seçimi və ya pəhrizlə əlaqələndirmədiyini, lakin hər cümə günü balıq və kartof qızartması yediyini söyləyib.
Sautportda qocalar evində yaşayan Tinnisud, "Nə verirlərsə, mən də, başqaları da yeyir. Mənim özümün xüsusi pəhrizim yoxdur”- deyə bildirib.

O, siqaret çəkmədiyini və nadir hallarda spirtli içki qəbul etdiyini, xəbərləri izləmək üçün isə radioya qulaq asdığını bildirib. Onun sözlərinə görə, insan həyatında yemək, su, gəzmək qədərindən çox olarsa, problem yaranacaq.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər